lider-media.az

2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb - BMT

Baxış: 156 Tarix: 25-03-2025, 09:21

image

Ötən il miqrantlar üçün tarixdə ən ölümcül il olub. Təhlükəli marşrutlarda təxminən 9 min nəfər həlak olub, onların hər on nəfərindən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib. SİA xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyinin bəyanatında qeyd olunub.

2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. Ən çox ölüm halları Asiya marşrutlarında qeydə alınıb, ardınca Aralıq dənizi və Afrika marşrutları, o cümlədən Səhrə çölü gəlir.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.

2021-ci ildən etibarən miqrantlar arasında qeydə alınan ölüm hallarının ümumi illik sayı artır. Bununla yanaşı, BMqT-nin məlumatına görə, hər il minlərlə ölüm halı rəsmi qeydiyyata alınmaması səbəbindən nəzərə alınmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi