“Azərbaycan hər hansı bir məsələni gündəmə gətirirsə, əvvəl-axır bu reallaşmalıdır” - Zəngəzur dəhlizinin açılmağına az qalıb
“Azərbaycanın Zəngəzur dəhlizi məsələsinə yanaşması qətidir və həqiqətən də bu məsələ hələ 2020-ci ilin noyabrın 10-unda üçtərəfli bəyanatda öz əksini tapmışdı. Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi bu problemdə də başladı artıq qeyri-müəyyənlik atmosferini formalaşdırmağa ki, öz məsuliyyətindən qaçsın”.
Lider-media.az xəbər verir ki, bunu politoloq Tofiq Abbasov deyib.
“Ermənistan tərəfi bilməlidir ki, əgər Azərbaycan hər hansı bir məsələni gündəmə gətirirsə, onun üzərində dayanırsa, deməli, əvvəl-axır bu məsələ həllini tapır. Yəni, söhbət uzun perspektivdən getmir, elə ən yaxın vaxtlarda bu məsələ həllini tapacaq.
Demək, burada, bilirsiniz, ən dəhşətli və ən anlaşılmayan odur ki, yolların açılması, münasibətlərin yenidən qurulması, formalaşması. Bu insanlara yalnız və yalnız müsbət dəyişiklər gətirir, rifah gətirir, mübadilə imkanları, sonra alışveriş, get-gəl, turizm və s. Bunlar hamısı məhz açıqlığı tələb edir ki, heç bir kəs qapısını bağlamasın, kilitləməsin, tərəflər hamısı bir-birindən ünsiyyətdə olsunlar. Çünki belə olduğu halda o nifrət, kin aradan qalxır, gedir. Ermənistan və onun xalqı elə bir xoflu atmosferdə yaşayır ki, onlar bu şeylərdən həm qorxurlar, çəkinirlər digər tərəfdən Azərbaycanafobiyanı orada gücləndirirlər, halbuki buna heç bir əsası yoxdur.
Bir halda ki, Azərbaycan qalib ölkədir və öz ərazi bütövlüyünü bərpa edib, onlara müharibə qurtaran kimi inteqrasiya əlini uzadıb, niyə siz bu qorxursunuz? Özünüz qorxursunuz, özünüzdə sizin daxili səksəkə var və özünüzdən bədvimansız. Deməli, bu İran tərəfinin də əlbəttə ki, bu məsələyə münasibəti doğrudan da spesifikdir. Bu məsələnin bir balaca, mən tarixi aspektinə toxunmaq istəyirəm.
Məsələ burasındadır ki, ötən əsrinin 20-30-cu illərində ki, həm İranda, həm Türkiyədə artıq yeni hakimiyyət quruldu. Deməli, Türkiyədə artıq Mustafa Kamal Atatürk gəldi hakimiyyətə. İranda da Rıza Pəhləvi artıq yeni bir şah oldu, yeni sülalə hakimiyyətə başladı, Pəhləvi sülaləsi.
Və bu iki liderin arasında çox yaxşı münasibətlər var idi, çox eytimadlı münasibətlər var idi. Onlar həm də bir-birlərini dost deyə çağırırdılar və öz ömründə İranın Pəhləvi şahı I. Rıza iki dəfə xaricə getmişdi, ikisində də İstanbula səfər etmişdi. Və Mustafa Kamalın şəxsi dəvəti ilə.
Və onlar doğrudan da bir çox məsələlərin həllinə birgə yanaşmalarla nail ola bilirdilər. Və bilirsiniz ki, I. Dünya müharibəsində ondan sonra bu böyük dövlətlər bizim bölgəyə çox böyük həssaslıqla yanaşırdılar və onlar çalışırdılar burada Ermənistanı gücləndirsinlər, bir maşa yaratsınlar və s. Və həqiqətən də Elmənistanı yaratmaqla Türk dünyasını, Türk arealını parçalamağa cəhdlər göstərdilər və müəyyən formada da alındı. Amma bilirsiniz ki, 11 kilometr Türkiyədə, Naxşıvanın arasında sərhəd var və o 11 kilometr demək olar ki, bu iki liderin razılaşması əsasında ərsəyə gəldi. Yəni İran dövləti buna imkan verdi ki, Azərbaycanla, Naxşıvanla, Türkiyənin arasında birbaşa yerüstü sərhəd olsun. Mən elə başa düşürəm ki, məhz bütün məsələlərdə, diplomasiyada, siyasi aləmdə tarixi aspekt həmişə özünə məxsus rol oynayır. Və burada da mən bunu sadəcə etimal eləyirəm, bu əhvalatı mən bilirəm və ona görə də bunu onunla bağlayıram. O keçmişin bu hadisəsindən bağlayıram ki, bu iki dövlət arasında da münasibətlər olmuşdur.
Elə məhz o illər ərzində ki, Türkiyədə Mustafa Kemal prezident idi, İranda da Şah I. Rıza Fəhləvi idi, onların çox yaxşı münasibətləri vardır və xalqların da arasında olan münasibətlər çox ilıq, çox etimadlı münasibətlərdir. Yəni, liderlərin də burada xüsusi rolu var. Və o baxımdan elə bilirəm ki, indi də İran dövlətinin istəyi ondan ibarətdir ki, Türkiyə bu məsələlərdə həm onu eşitsin, həm də ki, İran dövlətini də Türkiyə tərəfində eşitməlidir.
Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı artıq elə bir qərarlar qəbul olunmalıdır və elə bir tərzdə bu proses həllini tapmalıdır ki, bir də sonradan buna qayıtmasınlar.
Nə biz, nə Türkiyə, nə Ermənistan, nə İran, heç biri. Çünki bu dəhlizin açılması tək bölgə dövlətlərinin deyil, digər ölkələrinin də marağındadır. Əlbəttə, yolların olması, tranzit xətlərinin yaranması, kommunikasiyaların fəaliyyətdə olması ancaq-ancaq insanlara rahatlıq, yüngüllük və rifaq gətirir”.