Ötən il dekabr ayında Fransanın Hind okeanı dənizaşırı ərazisi Mayot adasında Çido qasırğası nəticəsində onlarla insan həyatını itirmiş, təxminən 250 nəfər yaralanmışdı. Siklon arxipelaqda geniş dağıntılara səbəb olmuş, infrastrukturu dağıtmış, elektrik və su təchizatının dayanması isə minlərlə insanı humanitar böhrana məruz qoymuşdu. Bütün bunların fonunda Mayota "dəstək" adı ilə gedən Makron yerli xalqın müqaviməti və tənəsi ilə üzləşmişdi. Məkrli Makron qarşılıq olaraq yerli xalqı nankorluqda ittiham etmişdi. Lakin Mayot müstəqil olsa idi, bu kimi böhranlarda beynəlxalq humanitar, donor təşkilatları ilə əməkdaşlıq edərdi, fövqəladə vəziyyətlər üzrə siyasətini, qanunvericiliyini, bir sözlə, öz xalqının müqəddəratını özü həll edə bilərdi.
Mayot kimi digər bütün Fransa müstəmləkələri beynəlxalq humanitar və donor təşkilatlardan yardım ala bilmirlər. Buna onların siyasi və inzibati statusu, həmçinin bu fondların uyğunluq kriteriyaları mane olur. Belə ki, bu ərazilər Fransanın dənizaşırı bölgəsi olduğu üçün onun bir hissəsi kimi inkişaf etmiş ölkə hesab olunurlar. Buna görə də Mayot kimi bütün dənizaşırı ərazilər beynəlxalq meyarlara görə, ayrıca inkişaf etməkdə olan kasıb ölkə kimi təsnif olunmurlar.
Mayot və bütün dənizaşırı ərazilər beynəlxalq maliyyələşmə mexanizmlərinə, donorlara birbaşa müraciət etmək üçün suveren olmalıdırlar. Yardım tələbləri, maliyyə dəstəyi sorğuları isə Fransadan keçməlidir. Amma Fransa faktiki olaraq donor ölkədir və onun yardıma ehtiyacı yoxdur. Lakin təzada baxın ki, Fransanın 75 faizi yoxsulluq içərisində yaşayır.
Digər tərəfdən, hətta BMT qurumlarının, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də digər humanitar təşkilatların monitorinq səfər və texniki missiyaları da Fransanın senzurasından keçməlidir və buna Fransa qərar verir ki, həmin əraziyə beynəlxalq təşkilat gedə bilər, ya yox.
Bütün bunlar həmin bölgələrdə yaşayan insanların beynəlxalq hüquqla təsbit olunan haqlarının necə pozulduğunu göstərir. Məsələn, istənilən xəstəlik üzrə ÜST rəsmi vebsaytında araşdırma aparmaq istəsək, Fransanın dənizaşırı ərazilərində xəstəliklər üzrə epidemioloji vəziyyət barədə statistika yoxdur, çünki məlumat ümumi olaraq Fransa adı altında bu beynəlxalq təşkilata təqdim edilir.
Ona görə ki, bu adalar suveren deyil. Amma dünya ictimaiyyəti bilməlidir ki, orada epidemioloji vəziyyət nə yerdədir. Bu məlumatların arxivlərə düşməməsi beynəlxalq təşkilatları, əsasən də BMT qurumlarını da narahat etməlidir.
Fransanın dənizaşırı əraziləri barədə akademik araşdırmalar, statistik məlumatlar çox məhduddur. Bu da düşünülmüş müstəmləkə siyasətinin bir hissəsidir. Akademik ədəbiyyatın çatışmazlığına baxmayaraq, mövcud mənbələrin iqtisadi təhlilinə əsasən deyə bilərik ki, Mayot Fransanın digər dənizaşırı əraziləri və materik Fransa ilə müqayisədə ciddi iqtisadi çətinliklərlə üzləşir. Mayotun Hind okeanında yerləşməsi Afrikanı, Avropanı və Cənubi Asiyanı birləşdirən beynəlxalq ticarət yolları üçün mühüm coğrafi mövqedə olsa da bu üstünlük iqtisadi inkişaf üçün istifadə edilmir. Araşdırmalar göstərir ki, Mayotun xarici ticarət açıqlığı indeksi (ixrac və idxalın ÜDM-ə nisbəti) çox aşağıdır və bu səbəbdən Mayot iqtisadiyyatı qapalı və təcrid olunmuş vəziyyətdədir. Adanın əsas iqtisadi tərəfdaşı Fransadır. 2001-ci ildə Mayota idxalın 84 faizi, 2009-cu ildə isə 76 faizi Fransadan gəlib. Mayot torpaqlarının məhsuldar olmasına baxmayaraq, burada əsasən ərzaq məhsulları idxal edilir. Bu isə adanın iqtisadi cəhətdən geri qalmasına Fransanın səbəb olduğunu təsdiqləyir.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb