Bu gün Qubadlının şəhər günüdür
Rayon haqqında
30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 25.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olmuşdur.
Hazırda rayonun əhalisi 40 095 nəfərdir (01.01.2024-cü il tarixə) işgaldan əvvəl: 29903 nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarətdir)
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir.
Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Baki şəhərindən rayon mərkəzinə 380 km-dir.
Səthi, əsasən dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. (2010 metr) Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çayları arası) burada 450 metrədək alçalır. Əqiq və inşaat materilları yatağı var. Iqlimi, əsasən mülayim, isti quru subtropikdir. Çayları Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 13160 hektar meşə sahəsi vardır. Kollu və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Heyvanları; çöl donuzu, qonur ayı, cüyür, canavar, çaqqal, tülkü, vaşaq, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qum sıçanları və s. Quşları: qartal, boz kəklik, turac, qırqovul, bildirçin, leylək və s. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır.
Azərbaycanın səfalı, dilbər guşələrindən olan Qubadlı rayonunun erməni işğalından azad olunmasından dörd il ötür. Düz dörd il öncə-25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Qubadlı rayonunun bir neçə kəndini və Qubadlı şəhərini yağı düşmən tapdağından azad etdi.
1993-cü ilin 31 avqust tarixində düşmən-təcavüzkar Ermənistanın işğalına məruz qalan, 27 il düşmən tapdağı altında inləyən Qubadlı rayonu, Qubadlı şəhəri yenidən özünə qayıtdı, yenidən qubadlıların və Azərbaycanın oldu. Müjdəli xəbəri, Qubadlı şəhərinin azad olunması xəbərini isə Müzəffər Ali Baş Komandan özü Azərbaycan xalqına çatdırdı.
Dövlət başçısı 25 oktyabr 2020-ci il tarixində rəsmi "Twitter" hesabında bunları qeyd etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Cəmi bir gün sonra, 26 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Televiziyası Azərbaycan xalqına növbəti müraciətində Ali Baş Komandan bunları bəyan etdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!” Müraciətində Ali Baş Komandan onu da bəyan etdi ki, Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq onun üçün böyük şərəfdir. “Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”-deyən ölkə Prezidenti vurğuladı ki, heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Bəli, həqiqətən də birliyimiz əbədi oldu və qısa müddətdə Qubadlı rayonu bütövlüklə işğaldan qurtarıldı.
Bununla yanaşı, Qubadlının azad olunması əməliyyatı müharibənin gedişatında, Qələbə və Zəfərə gedən yolumuzda önəmli mərhələ təşkil etdi. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü və artıq müharibənin taleyi həll edildi.
Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.
Prezident İlham Əliyev Qubadlının azad olunmasının birinci ilində, 2021-ci ilin 25 oktyabr tarixində Qubadlıya növbəti səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Qubadlı əməliyyatı”nın müharibənin gedişatında mühüm rol oynadığını bir daha dilə gətirdi. Qeyd etdi ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir.
Dövlətimizin başçısı "İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik”, - deyərək, bir daha bildirdi ki, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul və etiraf etdi, məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.
Bəli, bu gün işğaldan azad olunmuş yurd yerlərimiz də daxil olmaqla, 27 il işğal həyatı yaşayan Qubadlı rayonu azaddır, azad nəfəs alır. Dörd ildir ki, Qubadlımız da öz azadlığını, sevincini, xoşbəxtliyini, qürurunu yaşayır. Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır. Cənab İlham Əliyevin Qubadlıya hər səfəri zamanı açılışlar və təməlatma mərasimləri baş tutur. Bəli, Qubadlı əvəllkindən də gözəl və abad olacaq. Bəli, Qubadlı bir daha işğal dönəmi, işğal həyatı yaşamayacaq və daha da inkişaf edəcək.
Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, ölkə Prezidenti 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır. Buna Qarabağın, onun səfalı guşəsi olan Qubadlının azad olunması da yaxşı bir stimul oldu.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 18 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Qubadlının azad olunması isə döyüşlərin həlledicinöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qubadlının azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin oktyabrın 25-də bunu bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün mühümpilləsi oldu. Qubadlının azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atmaqdan başqa çarə tapmadı.dı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.
Vətəndaşlarımız torpaqlarımızı azad edən oğulları heç zaman unutmur, canını bu yola fəda edənlərin xatirəsini əziz tutur. Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll olunmasına xidmət edir. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.
Lider-Media.az