İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qarşısına qoyulan əsas vəzifələrdən biri də qədim, mədəniyyət abidələri ilə zəngin olan, strateji nöqtəyə və azərbaycanlılar üçün olduqca yüksək mənəvi əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin gedişində Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində: "Şuşasız bizim işimiz yarımçıq olar", - deməsi bəzi suallara aydınlıq gətirmişdi. Artıq bəlli olmuşdu ki, Şuşa da digər ərazilər kimi öz doğma sahiblərinə geri qayıtmalıdır. Çünki ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarında əsas adıkeçən şəhərlərdən biri də Şuşa olmuşdu. Danışıqlar dövründə vasitəçilər ilkin olaraq beş rayonun - Füzuli, Qubadlı, Zəngilan, Ağdam və Cəbrayılın qaytarılmasını təklif edib, digər ərzilərin aqibətini qeyri-müəyyən vaxta saxlamaq istəyirdilər. Lakin Azərbaycan rəhbərliyi buna razı olmadı. 44 günlük Vətən müharibəsində dövlət başçısı vurğuladı ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur.
Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın 2020-ci il noyabrın 2-də Prezident İlham Əliyevin qəbulunda olan zaman: "Şuşada durum necədir", - sualına dövlət başçısı belə cavab verdi: "Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır". Nəhayət, 8 noyabr tarixində şəhər düşmən işğalından azad edildi. Bu Zəfər həm də İkinci Qarabağ müharibəsinin taleyində həlledici rol oynadı. Bütün strateji yüksəkliklərə nəzarəti itirən Ermənistan bir gün sonra kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi geri qaytardı. 1992-ci ildə Ermənistanın nəzarətinə keçən Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa "Azərbaycanın mədəniyyət paytaxtı" elan olundu. Bu barədə Prezident İlham Əliyev 7 may 2021-ci ildə Sərəncam imzaladı. Daha sonra Qarabağ xanı Pənahəli xan tərəfindən şəhərin təməlinin qoyulmasının 270-ci ildönümü şərəfinə 2022-ci il ölkədə "Şuşa İli" elan edildi. Azərbaycan dövləti bütün şəhər və kəndlərə eyni diqqət və qayğını sərgiləsə də, amma verilən qərarlardan da göründüyü kimi, Şuşanın xalqımızın qəlbində yeri tam başqadır. Bu şəhər əbəs yerə Azərbaycanın mədəniyyət beşiyi adlanmır. Buradan Azərbaycan mədəniyyətinə töhfələr vermiş bir çox şəxslər çıxıb.
Şuşa Türk və İslam dünyasında da, xüsusi yerə malikdir. Belə ki, TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. 2021-ci il iyunun 15-də iki qardaş dövlət - Azərbaycan və Türkiyə imzaladıqları Şuşa Bəyannaməsi ilə bu şəhərdə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə ucaldıblar. Bu günə kimi şəhərdə çoxsaylı beynəlxaq konfranslar təşkil olunub. Bir çox ölkələrin rəsmi nümayəndələri Şuşaya səfər edib.
İyulun 6-da Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bu dəfə Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən gedir. Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər. Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev qeyd edib ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Dövlət başçısı onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır". Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Doğrudur, Şuşa Bəyannaməsinin özü də Türk dünyasının güclənməsinə müəyyən qədər xidmət etsə də, daha çox iki ölkənin maraqlarını özündə ehtiva edir. Amma Qarabağ Bəyannaməsi ümumilikdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir. Müstəqilliyin ilk illərində Mərkəzi Asiya dövlətləri bəzi səbəblərdən bu strukturun iştirakçısı kimi Azərbaycana gəlməyə çəkinsələr belə, artıq bu gün həmin ölkələrin dövlət başçıları azad edilmiş torpaqlara səfərlər təşkil edir, hətta buranın dirçəlməsinə öz töhfələrini verməyə çalışırlar. Böyük Qayıdış Proqramının icrasına dəstək olaraq Özbəkistan və Qazaxıstan tərəfindən Füzulidə məktəb və yaradıcılq mərkəzləri, Qırğızıstan Respublikası tərəfindən Ağdamda məktəb, Cəbrayıl rayonunun yaşayış məntəqələrindən birində isə Macarıstanın maliyyə dəstəyilə məktəb inşa ediləcək. Göstərilən bu təşəbbüslər türk birliyinin, qardaşlıq həmrəyliyinin təzahürüdür.
Türk dünyasının birləşməsində mühüm rol oynayan amillərdən biri də nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsidir. Yeni çağırışlar fonunda əhəmiyyəti hər ötən gün artan Orta Dəhlizin fəaliyyətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə səy göstərir. Azərbaycan da öz növbəsində Orta Dəhlizin inkişafı üçün önəmli işlər həyata keçirir. Bakı-Tbilisi-Qars dəmiryolunun illik yükaşırma qabilliyəti 1 milyondan 5 milyona çatdırılıb, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan tələblərlə bağlı 6 gəminin inşaat işləri həyata keçirilir.
Qeyd edək ki, iqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiyalar və müdafiə sahəsində əməkdaşlığı əhatə edən Qarabağ Bəyannaməsi həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında olan mədəni və tarixi bağları bir daha təsdiq edir.


Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb YENİLƏNİB
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub
İyunun 17-də gözlənilən hava şəraiti
Milli Qurtuluşdan Böyük Qayıdışa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - Fotolar
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq