lider-media.az

SƏSVERMƏ DAVAM EDİR

Tarix: 7-02-2024, 12:00


      7 fevral Azərbaycan xalqının səbirsizliklə gözlədiyi bir gün. 30 ildən sonra bütün ərazilərimizdə ilk dəfə prezident seçkiləri keçirilir. Ölkəmizin hər yerində artıq səhər saat 8 radələrindən start götürən növbədənkənar prezident seçkiləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda xüsusi əhəmiyyət kəsb edir. Belə ki, seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi olduqca əlamətdar hadisə kimi Azərbaycan tarixində özünəməxsus yer tutacaq.

      Ölkədə artıq formalaşmış seçki sistemi, həmçinin 40 mindən yuxarı insanı özündə birləşdirən peşəkar seçki ordusu mövcuddur. Hələ 2003-cü ildə qəbul olunmuş və zaman-zaman yenilənməklə müfəssəl məlumatları özündə ehtiva edən, mütərəqqi standartlar baxımından təkmilləşdirilmiş Seçki Məcəlləmiz var. Mərkəzi Seçki Komissiyası müxtəlif prosesləri tənzimləyən və ictimaiyyət tərəfindən asanlıqla anlaşılan təxminən 47 təlimat, izah və qayda qəbul edib. Bütün bunların fonunda əminliklə deyə bilərik ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün tam hüquqi baza formalaşdırıb. eyni zamanda real şərait yaradılıb. İnanırıq ki, bu seçkilərimiz hətta əvvəlki seçkilərdən də daha təkmil olacaq.

         İnsanların bu seçkilərdə səsverməyə nə qədər diqqətlə yanaşdığını hər kəs hiss edir. Bunun kökündə təqribən 4 il öncə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, 2023-cü il 19-20 sentyabrda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması faktı dayanır.  Bu gün  həqiqətən də vətəndaşlarımız qürurlu və qalib bir seçici kimi bu seçkilərdə iştirak edir. Bu seçkiləri digər seçkilərdən fərqləndirən cəhət də elə budur: qalib xalqın seçicisi olmaq. Bu baxımdan,  Azərbaycan xalqı qürurla 7 fevral seçkilərini Zəfər Seçkiləri adlandırıb.

     Bu günə qədər emal olunmuş məlumata əsasən ümumilikdə 61 qurum və 88 ölkənin təmsilçiləri olan 750 beynəlxalq müşahidəçi seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub. Bu da yüksək bir göstəricidir. Onların bir qismi seçkiyə 3-4 gün qalmışdan artıq  respublikamıza gəldilər. Nəzərə almaq lazımdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 236 nəfərlik heyəti də bu siyahıda öz əksini tapır, eyni zamanda ATƏT Parlament Assambleyasının 94 nəfər nümayəndəsi də müşahidəçilər qrupuna qoşulub. Bundan başqa, müşahidə prosesində Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyası böyük nümayəndə heyəti ilə iştirak edir. Digər bir qrup Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasıdır ki, onların və ATƏT-in uzunmüddətli müşahidəçiləri yanvar ayının əvvəllərindən seçkilərə hazırlıqla bağlı müşahidələrə başlayıblar. Ümumilikdə, bu qədər şəxsin seçkilərdə iştiraka meyilli olması beynəlxalq aləmin marağının təcəssümüdür.

      Növbədənkənar prezident seçkilərinə eyni zamanda beynəlxalq medianın da böyük marağının şahidiyik. Hazırkı məlumatlara əsasən, 61-dən artıq beynəlxalq media nümayəndəsi bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib. Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. Burada bir çox peşəkar media qurumlar da fəaliyyət göstərir. Məsələn, ABŞ-ın “Associated Press”, Yaponiyanın “Kyodo News”, “Nikkei”, Almaniyanın “ZDF Televsiyası”, İtaliyanın “La Repubblica”, Türkiyənin “Anadolu Ajansı”, “TRT”, “İhlas Haber Ajansı”, Rusiyanın “Rossiya 24”, “RTR”, “TASS”, “İzvestiya” və s. mühüm xəbər mərkəzləri prosesə qoşulublar. Bütün bu sadaladığım faktlar beynəlxalq aləmin bugün keçirilən seçkilərə olan marağını bir daha nümayiş etdirir.

- İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir.

Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Digəri isə prezident seçkilərində ilk dəfə səs verən şəxslərdir ki, onların da sayı təxminən 590 minə çatır.

     Bu gün 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edirlər. Onlar bu günü xüsusilə yadda saxlayacaqlarlar.

    Ümumilikdə ölkəmizdə təxminən 6,5 milyon seçici var.

      Qalib Azərbaycanın bütün seçicilərinə uğurlar!

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi