Oktyabrın 16-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oxuyub.
Müraciətdə dövlətimizin başçısı paralimpiya hərəkatının iştirakçılarını Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradıldığı bildirilib.
Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratdığı, idmançılarımızın ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etdiyi vurğulanıb. Qeyd edilib ki, onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin bundan sonra da paralimpiya hərəkatının inkişafına və Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, yubiley tədbirində dövlət və hökumət nümayəndələri, beynəlxalq idman təşkilatlarının rəhbər şəxsləri, xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndələri, tanınmış idmançılar və b. iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycan paralimpiyaçılarının uğurlarını əks etdirən fotosərgi ilə tanış olublar və “Azərpoçt” tərəfindən Komitənin 30 illik yubileyinə həsr edilmiş xüsusi poçt markası nümayiş etdirilib.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun yubiley münasibətilə ünvanladığı təbrik məktubunu Komitənin birinci vitse-prezidenti Leyla Markes Mota oxuyub.
Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Ulu Öndər Heydər Əliyevin paralimpiya hərəkatına xüsusi diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətimizin başçısının 16 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə daha bir qrup paralimpiyaçının “Tərəqqi” medalı ilə təltif olunmasının bu qayğının növbəti təzahürü olduğunu vurğulayıb.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər və uşaqlarla bağlı humanist, xeyirxah layihə və təşəbbüslərini qeyd edib. 30 il ərzində Azərbaycan paralimpiya hərəkatının böyük inkişaf yolu keçdiyi, idmançılarımızın 9 Paralimpiya Oyununda iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal olmaqla, ümumilikdə 68 medal qazandıqları bildirilib.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək paralimpiyamıza göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib, paralimpiyaçılarımızın qarşıdakı dövrdə də yeni-yeni qələbələr qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.
Milli Paralimpiya Komitəsi tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, Türkiyə, Rusiya, Macarıstan, Belarus, Portuqaliya və İspaniyanın milli paralimpiya komitələrinin rəhbər şəxslərinə paralimpiya hərəkatının inkişafına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim edilib.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında bədii proqramla davam edib.


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
YELDA GECƏSİ
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Qafarova qırğız vəzifədaşı ilə görüşdü
Teymur Musayev Anar Bayramovu kollektivə təqdim edib
Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Oktyabrın 19-u saat 13:00-a olan faktiki hava
Ümumdünya Qadın Parlamentarilər Forumu keçirilib
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu
Sabahın hava proqnozu
Alyona Əliyeva konsertdə
Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək: İki yeni yol layihəsi nəzərdə tutulur Video
T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
9 ayda icbari tibbi sığorta ilə pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib
Baş Dövlət Yol Polisi İdarəsindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət
Vətən müharibəsinin iyirmi üçüncü günü: Cəbrayılın 13 kəndindən gələn qələbə müjdəsi
Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
Füzuli şəhərinə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər