Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XQ-yə bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.
Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır.
Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.
İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar.


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdilər
İstehlak qiymətlərinin dəyişməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Laçına qayıdış: Bəylikdə yeni həyatın ritmi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Xarici ticarət əlaqələri haqqında
Oktyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidir? – Səhiyyə Nazirliyinin revmatoloqdan tövsiyələr
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Ağdaşda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub
Neft tankeri Hörmüzdə minaya düşüb
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər