Xarici ticarət əlaqələri haqqında
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 125 ölkəyə məhsul ixrac edilib, 163 ölkədən isə məhsul idxal olunub.
2026-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 33934,9 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 11088,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 7,4 faiz artıb, real ifadədə isə 15,4 faiz azalıb.



