AK Partinin sözcüsü: "Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrə qətiyyən icazə verməyəcəyik”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Türkiyə ilə Azərbaycan arasında heç bir siyasi gərginliyin olmadığını və iki ölkəni xarakterizə edən yeganə sözün qardaşlıq olduğunu bəyan edib.
Lider-media.az xəbər verir ki, AK Partinin sözcüsü bu barədə partiyanın məsul toplantısından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
Ömer Çelik Türkiyə və Azərbaycan münasibətlərini hədəf alan xarici güclərə sərt xəbərdarlıq edib.
O, iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq bağlarına diqqət çəkərək vurğulayıb:“Biz “İki dövlət, tək millət” deyirik. Hər iki ölkənin öz daxili gündəmi ola bilər. Bəzən fərqli məsələlər yarandıqda belə, iki qardaş ölkə kimi danışaraq yolumuza davam edirik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında əsl qardaşlıq var. Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var, lakin bu ölkələrə qətiyyən icazə verməyəcəyik”.
Səadət