25 avqust – Xalq şairi Fikrət Qocanın doğum günüdür
Azərbaycan poeziyasının özünəməxsus simalarından olan Xalq şairi Fikrət Qoca zəngin yaradıcılığı və milli ədəbiyyatımıza xidmətləri ilə yaddaşlarda yaşayan sənətkarlardandır. O, 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.
Fikrət Qoca 1960-cı illərdə Azərbaycan poeziyasına gələn və ədəbiyyatımıza yeni nəfəs gətirən şairlər nəslinin tanınmış nümayəndələrindən idi. Onun yaradıcılığında insan və zaman, Vətən və xalq, mənəvi dəyərlər və həyat fəlsəfəsi mühüm yer tutur. Şairin poetik dili sadəliyi, səmimiliyi və dərin məzmunu ilə seçilir.
Fikrət Qocanın yaradıcılıq irsi genişdir. “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Sükutun səsi” və digər kitabları onun çoxşaxəli yaradıcılığını əks etdirir. Şair poeziya ilə yanaşı, nəsr və dramaturgiya sahəsində də qələmini sınayıb, tərcüməçilik fəaliyyəti ilə Azərbaycan oxucusunu dünya ədəbiyyatının nümunələri ilə tanış edib.
Onun yaradıcılığında Vətən mövzusu xüsusi əhəmiyyət daşıyır. Fikrət Qoca Azərbaycanın taleyini, xalqımızın azadlıq və istiqlal mübarizəsini, milli-mənəvi dəyərlərimizi öz əsərlərində böyük vətəndaşlıq duyğusu ilə ifadə edib. 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərində xalqımızın yaşadığı ağır sarsıntıları və milli iradəsini bədii sözün gücü ilə əks etdirib.
Fikrət Qoca həm də uzun illər ədəbi-mədəni prosesin fəal iştirakçısı olub. Azərbaycan Yazıçılar Birliyində müxtəlif vəzifələrdə çalışıb, “Qobustan” jurnalına rəhbərlik edib. Onun şeirlərinə bəstələnmiş mahnılar isə poeziyasının daha geniş auditoriyaya çatmasına xidmət edib.
Görkəmli şairin ədəbiyyat qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Fikrət Qoca Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
2020-ci il avqustun 24-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Fikrət Qoca Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub. Həmin gün Prezident İlham Əliyev şairə telefonla zəng edərək onu yubileyi münasibətilə təbrik edib və yaradıcılığında uğurlar arzulayıb. Dövlət başçısı Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini, əsərlərinin geniş oxucu auditoriyasında doğurduğu marağı xüsusi qeyd edib.
Fikrət Qocanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi də onun Azərbaycan ədəbiyyatındakı mövqeyinin göstəricisidir. Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamında şairin milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən bəhrələnərək özünəməxsus yaradıcılıq üslubu formalaşdırdığı və Azərbaycan poeziyasına yeni ovqat gətirdiyi vurğulanıb.
Fikrət Qocanın yaradıcılıq yolu bir həqiqəti təsdiqləyir: əsl sənətkarın ömrü onun yaşadığı illərlə deyil, yaratdığı əsərlərin xalqın yaddaşında yaşadığı müddətlə ölçülür.
Şairin söz dünyası, Vətən sevgisi, insana və həyata fəlsəfi münasibəti bundan sonra da oxucular üçün mənəvi dəyər olaraq qalacaq.
Nurəngiz Adilqızı


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mirzə Ələkbər Sabirin doğum günüdür
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Ədəbiyyat tariximizdə dərin iz qoyan Xalq şairi
XƏBƏRDARLIQ
A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı Şəhər Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq
Payız Azərbaycana bu tarixdə gələcək
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Sentyabrın 5-də gözlənilən hava şəraiti
Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək
Uşağınız məktəbə getmək istəmir? – Səhiyyə Nazirliyinin pediatrından valideynlərə vacib tövsiyələr
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT
4 sentyabr Ümumdünya Leykemiya Günüdür
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
Payız mövsümündə enerjini artırmaq üçün 4 sadə qidalanma qaydası
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
Avqust ayında ölkə ərazisində müşahidə olunan hava
Növbəti hərracda 28 avtomobil satılıb
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya
Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb
“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası nəşr edilib

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?