Yaşıllıq insanda pozitiv ruh yaradır. Bu baxımdan, insanın əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir, həm də insanlara rahatlıq bəxş edir.
1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara yaxın yaşıllıq sahəsi mövcud olub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi 3 mindən 17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansın tənzimlənməsindəki roluna xüsusi önəm verən ulu öndər hələ XX əsrin sonuna qədər yaşıllıq sahələrini 35-40 min hektara çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdu.
Ümummilli Liderin ətraf mühitin mühafizəsi sahəsində əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlər, görülən mühüm işlər ətraf mühitin mühafizəsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən növbəti onillikdə qlobal iqlim dəyişmələrinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə daha geniş yer veriləcək, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq ediləcək.
Dövlətin iqtisadi inkişafında milli prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və "yaşıl enerji" zonalarının yaradılması.
Ekoloji problemlərin kompleks həlli bu sahədə davamlı inkişafın diqqət mərkəzində saxlanılmasını zərurətə çevirir. Gələcəkdə iqtisadi və demoqrafik artımın ətraf mühit üçün yarada biləcəyi risklərin azaldılması məqsədilə yaşıllıqların salınması, ölkədə iqtisadi inkişafla ekoloji mühitin tarazlaşması və yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, su resurslarından səmərəli istifadə olunması mühüm vəzifədir. Azərbaycanda enerjidən səmərəli istifadəyə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilir. İndiki və gələcək nəsillərin tələbatını tam ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqinin genişləndirilməsi də vacib məsələdir.
Müasir dövrdə demoqrafik artım, insanların yaşam tərzi, rifah səviyyəsinin yüksəldilməsində təbii resurslara olan kəskin tələbat, iqtisadiyyatın, sənayenin inkişafı ekoloji tarazlığın pozulmasına, qlobal iqlim dəyişmələrinə səbəb olmuşdur. İqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması isə problemə çevrilmişdir.
Bu gün müxtəlif ölkələrdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransları ətraf mühitin mühafizəsinə, onun qorunmasına həsr olunur. Bu ilin sonunda növbəti konfransa, COP29-a ölkəmiz ev sahibliyi edəcək. Ölkəmizin daxili siyasəti və milli prioritetində insanların rifah halının yüksəldilməsində iqtisadi artımla yanaşı, təmiz ətraf mühitin yaradılması məsələlərinin həllində öz əksini tapmışdır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet"in müddəalarından irəli gələn məsələlərdə ölkədə iqtisadi artımı zəiflətmədən istehsalat fəaliyyətinə təkan vermək, bununla yanaşı, Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalata (RSTİ) keçidi stimullaşdıraraq, ekoloji təmiz texnologiyaların tətbiqini inkişaf etdirmək əsas götürülmüşdür. Burada həmçinin "yaşıl enerji" mənbələrindən istifadəni təmin etmək, tullantıların həcmini minimallaşdırmaq və təkrar emal istiqamətində mühüm işlər həyata keçirmək, çirklənmiş əraziləri bərpa etmək, ekoloji problemlərin ətraf mühitə təsirini azaltmaq nəzərdə tutulur.
Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli ölkəmiz üçün prioritetdir. Bunun bariz nümunəsidir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ekoloji təşəbbüslərə qoşulub, ətraf mühitin qorunması, bərpası üzrə müxtəlif qanunlar, texniki-normativ sənədlər və digər normativ-hüquqi aktlar qəbul edilib.
Bu gün ölkəmizdə bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi sakinlərin uzunömürlülüyü, sağlam həyat tərzi və məhsuldar fəaliyyətinə müsbət təsir göstərir. Gələcək nəsillərin tələbatını ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqi vacibdir. Təbii ki, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payını artırmaqla iqlim dəyişmələrinin təsirləri azaldıla bilər.
Əminliklə deyə bilərik ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" ekoloji problemlərin kompleks həllinə və bu sahədə davamlı inkişafın diqqət mərkəzində saxlanılmasına imkan yaradacaq. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi üçün yaşıllıqların salınması başlıca məqsədlərdən biridir.
Bütün bunlar "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməyə imkan verir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirməsi ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfənin bariz nümunəsidir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bu il ev sahibliyi etməyimiz iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Dövlət başçısının dediyi kimi, təmiz ətraf mühit və "yaşıl inkişaf" milli prioritetdir.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
Aprelin 30-da gözlənilən hava şəraiti
Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
Şirvan nümayəndə heyəti Türkiyədən qayıtdı
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (video, foto)
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
Nazir müavini Hidayət Abdullayev Şabran rayonunda vətəndaşları qəbul edəcək
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
Ötən gün 78 cinayətin açılması təmin edilib
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
Bakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər