Qüdrətli Ordunun Zəfər Salnaməsi – Müstəqilliyimizin, Suverenliyimizin və Milli Qürurumuzun Sarsılmaz Təminatı
"Ordumuzun gücü dövlətimizin gücüdür. Güclü ordu güclü dövlət deməkdir." Bu fikir müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Tarixin müxtəlif dövrlərində öz dövlətçiliyini qorumaq uğrunda ağır sınaqlardan keçən Azərbaycan xalqı bu gün güclü, müasir və qalib ordusu ilə haqlı olaraq fəxr edir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə hərbi bayram deyil. Bu əlamətdar tarix dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin, milli həmrəyliyimizin və müstəqilliyimizin əbədiliyinin rəmzidir. Bu gün Azərbaycanın hər bir vətəndaşı böyük qürur hissi ilə ordusuna baxır. Çünki bu ordu yalnız torpaqlarımızı işğaldan azad etmədi, həm də xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdi.
Azərbaycan Ordusunun bugünkü qüdrəti təsadüfi yaranmamışdır. Bu güc bir əsrdən artıq davam edən milli ordu quruculuğu ənənələrinin, uzaqgörən dövlət siyasətinin, xalq–ordu birliyinin və müasir hərbi idarəetmə sisteminin məntiqi nəticəsidir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçiliyimizin əsasları qoyuldu. Dövlət müstəqilliyinin ən mühüm atributlarından biri olan milli ordunun formalaşdırılması isə həmin dövrün ən vacib vəzifələrindən idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordumuzun əsası qoyuldu. Bu tarixi qərar Azərbaycan xalqının müstəqil dövlət quruculuğu salnaməsinin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində milli ordu quruculuğu prosesi yarımçıq qaldı. Xalqımız yalnız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən öz Silahlı Qüvvələrini yaratmaq imkanı əldə etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyətsizlik, vahid komandanlığın olmaması və ordu quruculuğuna qeyri-peşəkar yanaşma Silahlı Qüvvələrin formalaşmasına ciddi maneələr yaradırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdiyi kimi, milli ordunun taleyində də dönüş nöqtəsi oldu. Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu formalaşdırıldı, hərbi intizam bərpa edildi, ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkar əsaslar üzərində formalaşdırılması, hərbi təhsil sisteminin inkişafı, zabit korpusunun gücləndirilməsi və ordunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu yaratdığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bununla da milli ordu quruculuğu tariximizə verilən yüksək siyasi qiymət öz hüquqi təsdiqini tapdı.
Azərbaycan Ordusunun bugünkü qüdrətinin əsasında məhz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ordu quruculuğu strategiyası dayanır. Bu strateji xətt Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun daha da inkişaf etdirildi.
2003-cü ildən etibarən ölkədə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərcləri dəfələrlə artırıldı, ordumuz dünyanın aparıcı hərbi sənaye müəssisələrinin istehsal etdiyi ən müasir silah və texnika ilə təmin edildi. Yerli hərbi sənaye kompleksi yaradıldı, müdafiə sənayesi inkişaf etdirildi, xüsusi təyinatlı qüvvələrin hazırlığı beynəlxalq standartlar səviyyəsinə çatdırıldı, hərbi təhsil sistemi müasirləşdirildi, sosial təminat tədbirləri genişləndirildi.
Prezident İlham Əliyevin ordu quruculuğu siyasətinin əsas məqsədi yalnız güclü silahlı qüvvələr yaratmaq deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək peşəkar Zəfər Ordusu formalaşdırmaq idi. Bu məqsəd ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində tam reallığa çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir dünya hərb tarixinin ən uğurlu hərbi əməliyyatlarından biri kimi qiymətləndirilir.
Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir döyüş taktikası, dəqiq koordinasiya və güclü mənəvi ruh nümayiş etdirərək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və yüzlərlə kəndi işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması isə Azərbaycan xalqının çoxəsrlik qəhrəmanlıq tarixinin zirvəsinə çevrildi. Məhz Şuşa Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Azərbaycanın tarixi Qələbəsi rəsmiləşdirildi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin, Prezident–xalq–ordu həmrəyliyinin və müasir dövlət idarəçiliyinin təntənəsi oldu. Azərbaycan əsgəri sübut etdi ki, Vətən sevgisi, yüksək peşəkarlıq və müasir texnologiyalar birləşdikdə məğlubedilməz gücə çevrilir.
Qələbədən sonra Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların əməyinə yüksək dövlət qiyməti verildi. "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi, minlərlə hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olundu. "Zəfər", "Qarabağ", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Laçının azad olunmasına görə" və digər medallar Azərbaycan hərb tarixinin şərəf salnaməsinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı, mənzil və avtomobillərlə təminat proqramları genişləndirildi, sosial ödənişlər artırıldı. Bu siyasət dövlətin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin təzahürüdür.
2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Bununla da Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün strateji vəzifələri uğurla yerinə yetirdi və ölkəmizin Konstitusiya quruluşu tam təmin edildi.
Bu gün Azərbaycan Ordusu dünyanın nüfuzlu hərbi ekspertləri tərəfindən regionun ən güclü ordularından biri kimi qiymətləndirilir. Ordumuz müasir silahlanması, yüksək peşəkarlığı, döyüş hazırlığı, vətənpərvərlik ruhu və güclü komandanlıq sistemi ilə seçilir. Azərbaycan əsgəri artıq təkcə Vətənin keşiyində dayanan hərbçi deyil, həm də milli qürurumuzun, dövlətçiliyimizin və qalib xalq statusumuzun rəmzidir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış Proqramının uğurla icrası, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinci də məhz Azərbaycan Ordusunun şanlı Zəfərinin nəticəsidir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin keşiyində şərəflə xidmət edən bütün hərbi qulluqçularımızı səmimi-qəlbdən təbrik edir, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Əminik ki, xalqın sonsuz sevgisinə və etimadına söykənən, Ali Baş Komandanın rəhbərliyi altında daim inkişaf edən Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı keşiyində inamla dayanacaq, ölkəmizin qüdrətinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Yaşasın qüdrətli Azərbaycan Ordusu!
Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
Nurəngiz Adilqızı


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Türkiyə dünyanın kosmik elitasını Antalyada bir araya gətirəcək
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 4 qanun layihəsi müzakirə edildi
Türkiyə ADEX 2026-da 61 şirkətlə rekord iştiraka imza atacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib
Vilayət Eyvazov xarici dövlətlərin Polis Akademiyalarına ezam olunan polis kursantlarını qəbul edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Ötən gün 48 cinayətin açılması təmin olunub
Əfv sərəncamının icrası başa çatıb
Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub
Bütün sosial ödənişlər sentyabrın 25-də yekunlaşdırılacaq
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu
Xocalının Badara və Təzəbinə kəndlərini əhatə edən yollarda yenidənqurma işləri aparılır Video
Çex Respublikası ilə iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb
İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük