İnsan dünyaya gələndə onunla birlikdə doğulan ən böyük dəyər hüquqlarıdır. Milliyyətindən, dinindən, dilindən, irqindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insan yaşamaq, azad olmaq, ləyaqətlə yaşamaq, fikir və sözünü sərbəst ifadə etmək hüququna malikdir. Bəşər tarixinin ən mürəkkəb və keşməkeşli mərhələlərindən keçərək formalaşan insan hüquqları anlayışı bu gün müasir sivilizasiyanın əsas sütunlarından biri hesab edilir. Hüquq və azadlıqların qorunduğu cəmiyyətlərdə sabitlik, inkişaf və sosial ədalət möhkəmlənir, insan amili dövlət siyasətinin mərkəzində dayanır. Məhz buna görə də insan hüquqlarının müdafiəsi müasir dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi qəbul edilir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün strateji inkişaf yolu kimi seçmişdir. Bu yolun əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, hüququn aliliyinin möhkəmləndirilməsi və vətəndaşların mənafelərinin qorunması olmuşdur. Təsadüfi deyil ki, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu tarix müstəqil Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin və hüquqi islahatların rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Müstəqillik illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri insan hüquqlarına əsaslanan demokratik dövlət quruculuğunu təmin etmək idi. Bu istiqamətdə mühüm dönüş nöqtəsi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi. Dövlət idarəçiliyində sabitliyin təmin olunması ilə yanaşı, insan hüquqlarının müdafiəsi sahəsində də sistemli islahatlara başlanıldı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi müəyyən etdi. Konstitusiyanın əhəmiyyətli hissəsi insan və vətəndaş hüquqlarına həsr olundu, bərabərlik hüququ, söz və fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət hüququ, təhsil və sosial təminat hüququ kimi fundamental hüquqlar təsbit edildi.
1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanın imzalanması insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd insan hüquqları sahəsində həyata keçiriləcək dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və beynəlxalq standartlara uyğun hüquqi mexanizmlərin yaradılmasına təkan verdi.
Azərbaycanın insan hüquqları tarixində mühüm hadisələrdən biri 1998-ci il iyunun 18-də Prezident Heydər Əliyevin 832 nömrəli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması idi. Bu proqram ölkədə insan hüquqlarının müdafiəsinə həsr edilmiş ilk sistemli dövlət sənədi hesab olunur. Dövlət Proqramı qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi, məhkəmə-hüquq sisteminin modernləşdirilməsi və insan hüquqlarının müdafiəsi institutlarının yaradılması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirdi.
Həmin ilin avqustunda Azərbaycan Respublikası ilə BMT arasında insan hüquqları və demokratiyanın inkişafına dair əməkdaşlıq memorandumu imzalandı. Bununla Birləşmiş Millətlər Təşkilatı ölkədə insan hüquqları institutlarının formalaşdırılmasına, hüquqi islahatların həyata keçirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə dəstək verməyə başladı. Sonrakı illərdə Azərbaycan BMT-nin insan hüquqları sahəsində əsas konvensiyalarına qoşuldu və beynəlxalq öhdəliklərini yerinə yetirməyə başladı.
2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ölkənin insan hüquqları sahəsində beynəlxalq inteqrasiyasında mühüm mərhələ oldu. Bu üzvlük insan hüquqlarının müdafiəsi sahəsində Avropa standartlarının milli qanunvericiliyə tətbiqinə geniş imkanlar yaratdı. Azərbaycan vətəndaşları üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ təmin edildi. Eyni dövrdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm institutlardan biri olan Ombudsman təsisatı yaradıldı və fəaliyyətə başladı. Ombudsman institutu vətəndaş hüquqlarının müdafiəsində mühüm mexanizmə çevrildi.
2006-cı il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq olundu. Sənəd insan hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, hüquqi dövlət prinsiplərinin gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində insan hüquqları amilinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədlərini özündə əks etdirirdi.
2007-ci il iyunun 18-də Prezident İlham Əliyevin imzaladığı tarixi sərəncamla hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü elan edildi. Bu qərar 1998-ci ildə qəbul olunmuş Dövlət Proqramının əhəmiyyətinə verilən yüksək qiymətin və insan hüquqlarının dövlət siyasətində tutduğu yerin göstəricisi idi.
2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edildi. Bu sənəd insan hüquqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi, dövlət-vətəndaş münasibətlərində şəffaflığın artırılması və müasir idarəetmə standartlarının tətbiqinə xidmət edirdi.
Azərbaycan sonrakı illərdə BMT ilə əməkdaşlığını daha da genişləndirdi. Ölkə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində mütəmadi hesabatlar təqdim etdi, tövsiyələrin icrası istiqamətində fəaliyyət göstərdi. BMT-nin İnkişaf Proqramı, Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Əhali Fondu (UNFPA) və digər qurumlarla birgə həyata keçirilən layihələr gender bərabərliyi, uşaq hüquqları, əlilliyi olan şəxslərin hüquqları, qaçqın və məcburi köçkünlərin müdafiəsi sahəsində mühüm nəticələr verdi.
2017-ci ildən etibarən məhkəmə-hüquq sistemində aparılan yeni islahatlar insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdi. Məhkəmələrə əlçatanlığın artırılması, elektron məhkəmə sisteminin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza növlərinin genişləndirilməsi və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində mühüm addımlar atıldı. Bu tədbirlər hüquqi dövlət quruculuğunun yeni mərhələsinin əsas elementlərinə çevrildi.
2020-ci ildə ərazi bütövlüyünün bərpasından sonra azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təşkili, sosial təminat və yaşayış hüquqlarının reallaşdırılması istiqamətində geniş proqramlar həyata keçirilməyə başlandı. Bu proses insan hüquqlarının yalnız hüquqi deyil, həm də sosial-iqtisadi aspektlərini əhatə edən mühüm dövlət siyasəti kimi diqqət çəkir.
Bu gün Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində müasir qanunvericilik bazasına, fəaliyyət göstərən institusional mexanizmlərə və beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir. İnsan hüquqlarının təminatı dövlət idarəçiliyinin, sosial siyasətin, məhkəmə-hüquq islahatlarının və vətəndaş cəmiyyətinin inkişafının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
18 İyun – İnsan Hüquqları Günü təkcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün insan ləyaqətinə hörmətin, hüquqi dövlət prinsiplərinə sadiqliyin, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təntənəsidir. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, insan hüquqlarının qorunması ölkənin strateji inkişaf kursunun əsas istiqamətlərindən biri olaraq qalır. Hüququn aliliyi, sosial ədalət, vətəndaş rifahı və insan amilinə verilən yüksək dəyər Azərbaycan dövlətinin gələcək inkişafında da aparıcı prinsiplər kimi mühüm rol oynamaqda davam edəcəkdir.
Nurəngiz ADİLQIZI


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması
ABŞ konqresmeni Milli Məclisdə
Azərbaycanın Baş naziri Daşkənd Forumunda
Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində
17 iyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət Turizm Agentliyində “İnsan hüquqları” mövzusunda tədbir keçirilib
Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Samir Nuriyev Xocalı və Ağdərədə

Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir