“Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın."
Tarixi qələbədən dərhal, bir an belə vaxt itirmədən dövlətimiz işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirməyə başladı. Elə dövlət başçısı cənab İlham Əliyevin rayonlara mütəmadi səfərləri, xalqa daha bir mətləbi də yaşatdı: şəhərlər, qəsəbə və kəndlər yenidən qurulacaq!O zamandan başlayaraq ölkə rəhbərinin müqəddəs torpaqlarımıza səfərləri böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri göz qabağındadır. Hər gün regionda yeniliyin şahidi olmaqla dilbər guşəmiz olan Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Azərbaycan yalnız özünün maliyyə resurslarına güvənməkləgenişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri uğurla davam etdirməklə bu torpaqlar dirçəlir, hər bir şəhər, qəsəbə və kənd müasir görkəm alır. Bütün bunlar isə Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavəndə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlərin uğurla davam etdiyini göstərir.
Azərbaycan yalnız özünün maliyyə resurslarına güvənməkləgenişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri uğurla davam etdirməklə bu torpaqlar dirçəlir, hər bir şəhər, qəsəbə və kənd müasir görkəm alır. Bütün bunlar isə Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavəndə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlərin uğurla davam etdiyini göstərir.
Məlum olduğu kimi, dövlət başçısının 2021-ci il 7 iyul tarixində imzaladığı Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda birləşdirilib.
Prezident İlham Əliyev demişdir: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. ...Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.“
“...Heç bilirsiniz Laçın necə də gözəldir. Baxdıqca doymursan. Təbiətinə bələd olanlar bilər. Uzun illər ayrı düşdük Laçından. O torpağa qayıtmaq arzusi ilə yaşadıq. Dözdük. Ürək ağrısı ilə yanaşı müxtəlif xəstəliklər tapdıq. Amma ümidimizi itirmədik. Bəlkə də kimlərəsə elindən-obasından uzaq düşmək asant gələr. Amma. Təsəvvür edin ki, belə bir füsünkar təbiətli torpaqda dünyaya gələsən, göz yaşı kimi dup-duru suyundan içib, havasından udasan. Sonra da... Qohum-əqrabadan, hər gün can deyib, can eşitdiyin qonşularından uzaq düşəsən. Bundan sonra əzab-əziyyətə qatlaşasan. Yuxularında görəsən min bir əziyyətlə tikdiyin isti ocağını. Laçının döngələrindən zülmlə keçib özünə yurd-yuva salasan. O da ki... Erməni gəlib yiyələnə. İsti ocağına həsrət qalasan... Nə az nə çox düz 28 il.”
Bunu əslən Laçın rayonundan Zaman Məmmədov söyləyir. Onun torpağa necə bağlı olduğu həyacanlı danışığından aydın sezilir. Qarabağda hadisələr yenicə alovlananda -1988-ci ildə Laçında ermənilər ara-sıra, iğtişaşlar, vəhşiliklər törətməyə başlayırlar.
--Hərə bir tərəfə canını götürüb getdi. O günləri kimlərdəsə təsəvvür yaratmaq çətindir. Ağlaşma səsləri, kədərli baxışlar hələ də qulağımda və göz önümdədir. Sağ olsun millətimiz. Çoxuna kimin gücü necə çatdısa qucaq açdı. Biz də üzü Bakıya doğru. O vaxt rabitə vasitələri-mobil telefon olmadığından doğmalarımız, yaxınlarımızla əlaqə saxlaya bilmirdik. Laçınlılar respublikamızın müxtəlif guşələrinə- üz tutmuşdular. Bəzilərimiz paytaxtın müxtəlif ərazilərində sanatoriyalarda, məktəb bağça, yataqxanalarda məskunlaşdıq. O vaxt doğma yurdu tərk edənlərin çoxu o həsrətə dözə bilmədi, dünyalarını dəyişdilər. Nahaq deməyiblər ki, “kim harada doğulubsa, ora onun üçün Vətəndir. Ən böyük Vətənimiz isə Azərbaycandır”.
Vətən müharibəsi dövründə həyacanla xəbərləri izləyirdik. Hər gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi şad xəbəri böyük sevinclə qarşılayırdıq. Həmin odlu-alovlu günlərdə Laçının azad olumacaına əmin idik.
2020-ci ilin 1 dekabr tarixi. Nəhayət o gün yetişdi. Laçın işaldan azad olundu. Laçında Azərbaycan bayrağının dalğalanması bizə şərəf, qürur verdi. Uzun illərin həsrəti sona yetdi. “Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.” Bu sözləri 2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın necə də gözəl səsləndirməsi biz Laçınlıların bircə doğma yurda uçmaq qanadımız çatmırdı .
Və bir gün xəbər gəldi ki, doğma yurda dönürsünüz. Sevincimizi həddi –hüdudu yox idi. İnanmaq olmurduki biz 32 il əvvəl tərk etdiyimiz doğma Laçınımıza dönürük. Elə yol boyu fikirləşirdik: Dağ vüqarlı Laçına nə vaxt yetişəcəyik. 32 il dözdüyümüz, həsrətlə yaşadığımız Laçına qət edəcəyimiz 5 saat bizə uzun bir müddət təsiri bağışlayırdı. Laçına çatar-çatmaz insanların göz yaşları, ağı deyib ağlamaları...Yerə düşəndə torpağı ovuc-ovuc yemələri, kimi də etdiyi əhd—peymanını yerinə yetirdiyi anlar heç vaxt yaddaşımdan silinməyəcək.
Bəli, bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycanın Dövlət bayrağı heç vaxt enməyəcək. Əbədi olaraq!