Azərbaycan Ermənistanın əsassız ittihamlarını rədd edib və işğaldan zərər çəkmiş ərazilərin minalardan təmizlənməsində beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
Martın 10-da BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 58-ci sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətinin ittihamlarını təkzib edib, yalan narrativlərin təkrarlanmasının dayandırılmasına çağırıb. Bəyanatda vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir və Ermənistanın işğalı dövründə onun ərazilərində 1,5 milyondan çox mina və çoxsaylı digər partlayıcı qurğular basdırılıb. Azərbaycan ərazisinin 13 faizindən çoxu minalarla çirkləndirilib.
Sənəddə qeyd olunub: "Minaların və tələlərin yaşayış məntəqələrində və obyektlərində, keçmiş cəbhə xəttindən uzaqda, dinc sakinlərin qovulduğu və qayıtmalı olduqları məskənlərdə yerləşdirildiyinə dair çoxsaylı sübutlar var. Hətta qəbiristanlıqlar və mədəni obyektlər də maksimum itkilər yetirmək məqsədilə minalanıb". Azərbaycan Ermənistan nümayəndə heyətinin şübhələrinə cavab olaraq beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarla tanış olmağı təklif edib.
44 günlük Vətən müharibəsindən sonra 30 ilə yaxın düşmən tapdağında qalmış və 4 ildən artıqdır azadlığına qovuşmuş ərazilərdə hazırda böyük tikinti-quruculuq gedir. Azad edilmiş bütün şəhərlərin Baş planları təsdiqlənib. Bir sıra şəhərlərdə müəyyən yaşayış məhəllələri istifadəyə verilib. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Demək olar ki, hər həftə Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına dönmələrinin şahidi oluruq.
2020-ci ildə müharibənin başa çatmasından sonra Azərbaycanda təxminən 180 min hektar ərazi təmizlənib, burada 56 460 mina və 121 188 partlayıcı obyekt aşkar edilib. Buna baxmayaraq, mina təhlükələri azad edilmiş ərazilərin bərpasına və inkişafına əngəl törətməyə davam edir, məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir və təxminən 4 min itkin düşmüş Azərbaycan vətəndaşının axtarışlarını mürəkkəbləşdirir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə mina və PHS problemi Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qəbul etdiyi qərarda da öz əksini tapıb. Məhkəmə irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ötən il noyabrın 12-də çıxardığı qərarda azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntularını qeydə alıb.
Üzləşdiyimiz problemin ciddiliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da müzakirə edilib. Noyabrın 15-də COP29 konfransı çərçivəsində "Cığırın təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə" adlı tədbir keçirilib. BMT-nin İnkişaf Proqramı və ANAMA-nın birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional bürosunun direktoru İvana Jivkoviç iştirak ediblər. Azərbaycan ərazilərində işğal zamanı basdırılmış minaların və PHS-lərin dayanıqlı iqlim və davamlı inkişafa göstərdiyi mənfi təsirlər barədə fikirlərini bölüşüblər. V.Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə işğal dövründə basdırılmış təxminən 1,5 milyon mina ekologiyaya ciddi ziyan vurub. Minalar və PHS-lər torpağın bir zamanlar zəngin olan biomüxtəlifliyini məhv edərək münbit torpaqları çirkləndirib, kənd təsərrüfatı məhsuldarlığını azaldıb.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səyləri xarici işlər naziri Ceyhun Bayramovun BMT rəsmisi ilə görüşündə də ətraflı müzakirə edilib. Göründüyü kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışı çətinləşdirən bu problemin beynəlxalq aləmdə müzakirə predmetinə çevrilməsinə çalışır. Ölkəmiz işğal altındakı torpaqlarını özü azad etdiyi kimi, mina təhlükəsinə qarşı da demək olar ki, təkbaşına mübarizə aparır. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana lazımınca dəstək vermir.
Qaçqın və məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtması beynəlxalq humanitar hüquqda da öz əksini tapıb. Vətən müharibəsi də erməni işğalı səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün geri qayıdış perspektivi açdı. Lakin tezliklə məlum oldu ki, məcburi köçkünlərin geri qayıdacaqları ərazilərin həddindən artıq minalanması və PHS problemi prosesə böyük maneə yaradır.
Hazırda ölkəmizdə problemin aradan qaldırılması ilə bağlı ciddi işlər görülür və hökumət bu məsələni prioritet elan edib. Bu, Böyük Qayıdış proqramında da əksini tapıb. Vətən müharibəsindən sonra hər il dövlət büdcəsindən minaların təmizlənməsinə və bu fəaliyyət üçün potensialın artırılmasına 100 milyon manat vəsait ayrılır. Həyata keçirilən minatəmizləmə əməliyyatlarının 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Nurəngiz ADILQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb