Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru
Yaşıl taksonomiyalar nə üçün lazımdır?
Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini “yaşıllaşdırmaq” və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən[1] yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud layihələri müəyyən etmək üçün əvvəlcədən müəyyən edilmiş hədlərə əsaslanan bir təsnifat vasitəsidir. Təmiz Hava Siyasəti Mərkəzinə (CCAP) əsasən[2], dayanıqlı maliyyə taksonomiyalarının bir alt kateqoriyası olan “yaşıl taksonomiyalar” dayanıqlı sərmayələr üçün dəqiq milli standartlar müəyyən etməklə, təmiz enerji, innovativ texnologiyalar və dayanıqlı infrastruktur daxil olmaqla, aşağı-karbonlu həllərə özəl kapitalın yönləndirilməsini təşviq edir.
Yaşıl taksonomiyalar strateji əhəmiyyət kəsb edən əsas mexanizmlərdən birinə çevrilərək və maliyyə dayanıqlığının təşviqində kritik alət kimi çıxış edərək, aşağıdakı əsas məqsədlərə xidmət edirlər:
Təmiz Hava Siyasəti Mərkəzinin (Center for Clean Air Policy - CCAP) 2024-cü il üçün açıqladığı məlumatlara əsasən[3] (bax: Şəkil 1), hazırda 53 ölkədə yaşıl taksonomiyalar mövcuddur və müzakirə mövzusudur. Bunlardan 24 yurisdiksiyada yaşıl taksonomiya artıq qəbul edilib, 24 yurisdiksiyada hazırlanma mərhələsindədir, 5 yurisdiksiyada isə planlaşdırma prosesi davam edir.
Şəkil 1: Davamlı Maliyyə Taksonomiyalarının qlobal mənzərəsi, 2024, Təmiz Hava Siyasəti Mərkəzi - Center for Clean Air Policy (CCAP)
Mərkəzi Bankın Yaşıl Taksonomiyası
Mərkəzi Bankının Yaşıl Taksonomiyası (“Taksonomiya”) Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanmışdır və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank tərəfindən təsdiqlənmişdir.
Taksonomiya həm maliyyə, həm də qeyri-maliyyə bazarı iştirakçıları və maraqlı tərəflər üçün fəaliyyətin, layihələrin, aktivlərin və ya portfelin ölkənin, eləcə də dünyanın ekoloji və dayanıqlılıq məqsədlərinə uyğunluğunu qiymətləndirmək və açıqlamaq üçün istiqamətləndirici çərçivə rolunu oynayır.
Taksonomiyanın istifadəsi və ona uyğunluğun təmin edilməsi könüllüdür və onun subyektləri üçün tövsiyə xarakteri daşıyır. Eyni zamanda, tənzimləyici dövlət qurumları müvafiq sahə üzrə dövlət siyasətlərini həyata keçirərkən Taksonomiyaya uyğun fəaliyyətləri uyğunluq meyarı kimi istifadə edə bilər; həmçinin dövlətə məxsus və ya özəl müəssisələr özlərinin korporativ məqsədləri (məsələn, xarici ölkəyə məhsul ixracı, xarici mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və s.) çərçivəsində könüllü qaydada fəaliyyətlərini Taksonomiyanın şərtlərinə uyğunlaşdıra bilər.
Taksonomiya, iqlim dəyişikliyinin mitiqasiyasından başlayaraq, iqlim dəyişikliyinə adaptasiya, su və dəniz ehtiyatlarının dayanıqlı idarə olunması və qorunması, dairəvi iqtisadiyyata keçid, çirklənmənin qarşısının alınması və ona nəzarət, həmçinin biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi və bərpasına qədər bir sıra strateji məqsədləri hədəfləyir. Taksonomiyada onun aktuallığını, effektivliyini, milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğunluğunu təmin etmək üçün aşağıdakı prinsiplər rəhbər tutulur:
Taksonomiya ətraf mühit və dayanıqlıq məqsədlərə, eləcə də ölkənin sosial iqtisadı inkişafına töhfə verən əsas on sektoru (bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət; yaşıl nəqliyyat; dayanıqlı kənd təsərrüftatı, heyvandarlıq və akvakultura; biomüxtəlifliyin mühafizəsi; dairəvi iqtisadiyyat və tullantıların idarə olunması; yaşıl binalar və dayanıqlı tikinti; və yaşıl xidmətlərdir) müəyyən edir. Bu yanaşma, ölkənin dayanıqlı inkişaf prioritetlərinə uyğun fəaliyyətlərin effektiv qiymətləndirilməsini və təşviqini təmin edir. Taksonomiya hər bir sektor üzrə müvafiq ölçülərin və ya spesifikasiyaların daha da genişləndirilməsini nəzərdə tutur, habelə müvafiq sahədə milli standartların, siyasətlərin və ya qaydaların mövcud olmadığı hallarda, müvafiq qlobal təcrübələrə və ölkə nümunələrinə istinad edilməsini nəzərdə tutur.
Taksonomiyanın əsas hədəf istifadəçiləri (subyektləri) maliyyə bazarları iştirakçılarıdır:
Taksonomiyadan istifadə edə bilən ikinci dərəcəli iştirakçılar dövlət orqanları, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları, audit, verifikasiya və sertifikatlaşdırma xidməti göstərən xidmət təminatçıları və digər hüquqi şəxslərdir.
Taksonomiyaya əsasən hər hansı fəaliyyətin yaşıl fəaliyyət kimi tanınması üçün o müvafiq üç mərhələlərdən keçməklə əsas şərtlərə cavab verməlidir.
1-ci mərhələdə ətraf mühit məqsədlərinə əhəmiyyətli töhfə verilməsi - fəaliyyət ilk növbədə bir və ya bir neçə ekoloji məqsədə əhəmiyyətli töhfə verdiyini nümayiş etdirilməlidir (məsələn, ənənəvi enerji mənbələrinin bərpa olunan enerji ilə əvəz edilməsi və ya tullantı sularının təmizlənməsi kimi təşəbbüslər).
2-ci mərhələdə Ətraf Mühit Zərərsizliyi (ƏZV) prinsipinin təmin olunması - fəaliyyətin icrası zamanı bir ekoloji məqsədə töhfə verərkən digər ekoloji məqsədlərə zərər vurulmasına yol verilməməlidir (məsələn, enerji səmərəliliyi təşəbbüsləri zamanı hava və ya su çirklənməsinin artırılmaması təmin edilməlidir).
3-cü mərhələdə Müxtəlif Sosial Tələblər (MST) prinsipinə riayət etmə - Taksonomiyaya uyğunlaşdırılmış yaşıl fəaliyyətlər insan hüquqlarına və əmək standartlarına riayət etməlidir. MST iqtisadi fəaliyyətlərin ekoloji məqsədlərə töhfə verərkən, etik və inklüziv sosial təcrübələri də dəstəkləməsinə kömək etməlidir (məsələn, meşəsalma layihələri yerli icmaları cəlb etməli və yerdəyişməyə səbəb olmadan onların hüquqlarını qorumalıdır və/və ya yaşıl texnologiya təchizat zəncirləri təhlükəsiz iş şəraitini təmin etməli və əməyin istismarının qarşısını almalıdır).
Taksonomiya sektorlar üzrə qiymətləndirmə meyarlarının detallı təhlilini təqdim edir və hər bir sektor üçün Texniki Baxış Meyarları (TBM), ƏZV və MST əsasında qiymətləndirmə meyarları müəyyən edir. Bu meyarlar sektorların Taksonomiyaya uyğunluğunu qiymətləndirmək üçün alət rolunu oynayırlar. Belə ki, sektorun “yaşıl” kimi təsnif edilməsi üçün ilk növbədə TBM-ə, ƏZV və MST prinsiplərinə uyğun olmalıdır. Daha sonra müvafiq sektorun Taksonomiyaya uyğunluğu altı mərhələ üzrə həyata keçirilməlidir:
Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi Bankın Yaşıl Taksonomiyası Azərbaycanın dayanıqlı və yaşıl iqtisadiyyata keçidini dəstəkləyən strateji bir alətdir. Bu Taksonomiya iqtisadi fəaliyyətlərin ətraf mühitə və sosial rifaha müsbət təsirini təmin etməklə, bazar iştirakçılarını, o cümlədən biznesləri milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğun hərəkət etməyə təşviq edir. Mərkəzi Bankın bu təşəbbüsü ölkənin qlobal iqlim və dayanıqlılıq problemlərinin həllindəki mövqeyini möhkəmləndirir və uzunmüddətli ekoloji və sosial faydaları təmin edir.
[1]https://www.unepfi.org/wordpress/wp-content/uploads/2023/07/Common-Framework-of-Sustainable-Finance-Taxonomies-LAC_-ENG-Executive-Summary.pdf
[2]https://www.ccap.org/post/the-next-wave-global-trends-in-sustainable-finance-taxonomies#:~:text=For%20this%20reason%2C%20sustainable%20finance,easier%20to%20attract%20private%20capital
[3]https://www.ccap.org/post/the-next-wave-global-trends-in-sustainable-finance-taxonomies#:~:text=For%20this%20reason%2C%20sustainable%20finance,easier%20to%20attract%20private%20capital
[4] İqtisadi fəaliyyətlərin müəyyən edilməsi üzrə Avropa İttifaqının statistik təsnifat sistemi