Keçmişdə Azərbaycan və Qazaxıstan SSRİ-nin tərkibində müttəfiq respublikalar kimi bir-biri ilə sıx əməkdaşlıq edirdi. O dövrdə formalaşan iqtisadi və mədəni əlaqələr müstəqillik dövründə daha da möhkəmlənmişdir. Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymuş, müxtəlif sahələrdə tərəfdaşlıq daha da güclənmişdir. Rəsmi Bakı və Astana arasında diplomatik münasibətlər isə 1992-ci il avqustun 30-da qurulmuşdur. Bu tarixi əməkdaşlıq bu gün də yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi daxilində sıx əlaqələr mövcuddur.
Qeyd edək ki, son illər Qazaxıstan daxil olmaqla Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmçinin həmin dövlətlərin rəhbər şəxslərinin Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində, əlaqələrin daha da güclənməsinə səbəb olub. Prezident İlham Əliyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib. Görüş zamanı dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu qeyd edib. Dövlət başçısı Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvar olduğunu bildirib. Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub. Əlaqələrimizin potensialı barədə Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq prosesinə qardaş Qazaxıstan da öz töhfəsini verib. 2024-cü ildə bu ölkənin hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı bunun bariz nümunəsidir. Bu təşəbbüs iki ölkə arasında dostluq və həmrəyliyin daha bir ifadəsi oldu.
Son illərdə dünyada artan təhdidlər, qlobal çağırışlar müdafiə və təhlükəsizlik sahəsində də Azərbaycan-Qazaxıstan əməkdaşlığını daha da gücləndirib. Bu istiqamətdə 2024-cü ildə Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi mühüm hadisələrdən biridir. Eyni zamanda Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan tələbələrin təhsil alması bu sahədə əməkdaşlığın genişlənməsinin göstəricisidir.
Azərbaycan üçün prioritet istiqamətlərdən biri olanbərpa olunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq davam edir. Azərbaycan, Özbəkistan və Qazaxıstanın iştirakı ilə "yaşıl enerji"nin ölkəmizin ərazisindən keçməklə Avropaya ixracı və enerji sistemlərinin birləşdirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb. Həmçinin COP29 ərəfəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının iştirakı ilə üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş bağlanıb. Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onların enerji sistemləri və iqtisadiyyatları arasında əlaqələri daha da gücləndirəcək.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin hüquqi bazası daim genişlənir. İki ölkə arasında indiyədək 150-yə yaxın rəsmi sənəd imzalanıb ki, bu da strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin hüquqi bazası daim genişlənir. Bu sənədlər arasında xüsusi əhəmiyyətə malik olan bir neçə razılaşma var. 2004-cü il martın 1-də Astanada qəbul edilən "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə", 2005-ci il mayın 24-də Bakıda imzalanan "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" və 2022-ci il avqustun 24-də Bakıda imzalanan "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" bu əlaqələrin inkişafında mühüm rol oynayıb. Azərbaycan və Qazaxıstanın imzaladığı bu sənədlər iki ölkə arasındakı münasibətlərin yalnız diplomatik çərçivədə deyil, həm də iqtisadi, siyasi və təhlükəsizlik sahələrində daha da dərinləşməsinə imkan yaradır. Bu strateji tərəfdaşlıq hər iki dövlətin ortaq maraqlarına xidmət edir və gələcəkdə də yeni razılaşmalarla daha da möhkəmlənəcək.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Son üç ildə iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən üç dəfə artaraq yeni rekord göstəricilərə çatıb. Bununla yanaşı, nəqliyyat dəhlizləri üzrə yüklərin, xüsusilə tranzit daşımalarının həcmi əhəmiyyətli dərəcədə yüksəlib. İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə birgə investisiya fondu yaradılıb. Bu fond vasitəsilə müxtəlif investisiya layihələrinin həyata keçirilməsinə dəstək verilir. Bundan əlavə, Azərbaycan və Qazaxıstan arasında neft-qaz sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusilə, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqlinin həcminin artırılması planlaşdırılır. Belə ki, bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinin həcmi 1,7 milyon ton nəzərdə tutulur. Bu istiqamətdə "KazMunayQaz" (KMG) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında aparılan danışıqlar nəticəsində bu barədə razılaşma əldə olunub. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 1,4 milyon ton təşkil edirdi. Azərbaycan və Qazaxıstan arasında enerji əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə bu ilin mart ayında SOCAR və KMG arasında mühüm saziş imzalanıb. Bu sənəd Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin mərhələli şəkildə artırılmasını və illik tədarük həcminin 2,2 milyon tona çatdırılmasını nəzərdə tutur. Ümumilikdə, 2024-cü ildə Qazaxıstandan nəql edilən neftin həcmi 83,5 milyon tona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz artım deməkdir.
Lider-media.az


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub
İyunun 17-də gözlənilən hava şəraiti
Milli Qurtuluşdan Böyük Qayıdışa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - Fotolar
Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq