lider-media.az

Kibercinayətlərin istintaq metodikası Baş Prokurorluqda növbəti təlimin mövzusu olub

Tarix: 29-11-2024, 17:25

  Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində mübarizə potensialının artırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin təmin olunması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

  Tədbirlərin davamı kimi, noyabrın 27-dən 29-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası” mövzusunda əyani və distant formada təlim keçirilib.

  Təlim çərçivəsində rəqəmsal sübutların toplanılması, təhlili və qorunması; açıq mənbəli kəşfiyyat üsulları (OSİNT); kiberməkanda dələduzluq cinayətlərinin ibtidai istintaq metodikası; kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə hallarının hüquqi tənzimlənməsi; kiberməkanda maddi cinayət hüquq normalarının beynəlxalq hüquqda tənzimlənməsi; süni intellekt və maşın öyrənmə alətlərinin kibercinayətkarlıqla mübarizədə tətbiqi və sair mövzular tədris edilib.

  Tədbirdə təlimçi qismində bu sahə üzrə peşəkar prokurorluq işçiləri ilə yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının rəhbəri və Vəkillər Kollegiyasının nümayəndəsi iştirak etməklə, qurumların əməkdaşları arasında təcrübə mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi