lider-media.az

Avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb

Baxış: 471 Tarix: 21-08-2024, 13:37

Azərbaycanda avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Avqustun 22-də Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi