lider-media.az

Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür

Baxış: 1131 Tarix: Сегодня, 11:47

 6 il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində vətənimizin ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında paylaşım edib.Onun sözlərinə görə, bu parlaq zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür:

"Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik. Zəfər Günümüz mübarək!".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi