Tarix bəzən səssiz yazılır, amma onun elə səhifələri var ki, hər sətri xalqın nəfəsi, hər cümləsi qəhrəmanların qanı ilə suvarılır. 8 Noyabr – Zəfər Günü o səhifələrdəndir. Bu gün Azərbaycan xalqının yenilməzliyinin, dövlətimizin əzəmətinin, ordumuzun şücaətinin təntənəsi sayılan o möhtəşəm gündən 6 il keçir. Bu gün Azərbaycan xalqı yalnız Zəfər Gününü deyil, həm də Böyük Qələbəmizin şanlı 6 illiyini qürurla, Vətən sevgisi ilə qeyd edir. 6 il öncə, 2020-ci ilin noyabrında, üçrəngli Bayrağımız azad Qarabağ səmasında dalğalananda xalqımızın yüzillik arzusu gerçəyə çevrildi. O gün Azərbaycan tarixi yeni mərhələyə qədəm qoydu – ədalətin, milli birliyin və qəhrəmanlıq salnaməsinin zirvəsinə yüksəldiyi mərhələyə.
Uzun illər boyu ürəyimizdə daşıdığımız nisgil 2020-ci ilin payızında ümidə, sonra isə qürura çevrildi. 44 gün boyunca səngərlərdə döyüşən igidlərin addımları ilə tariximizin istiqaməti dəyişdi. Hər bir atəşin sədasında xalqın haqq səsi, millətin dirçəlişi eşidilirdi. Bu Zəfər təkcə silahın gücü ilə deyil – inamın, birliyin və Vətən sevgisinin qüdrəti ilə qazanıldı.
“Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə edib. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət var imiş. İllərlə uzaq düşdüyümüz doğma Şuşamızı qaytardıq, Qarabağımıza qovuşduq. Şuşanın Dövlət Bayrağı Günü ərəfəsində azad olunması diqqətçəkən məqamdır. Müqəddəs bayrağımız öz tarixinin ən şərəfli gününü yaşayır. İndi o, Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq!
Ata vəsiyyətinə əməl edən Prezident, Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” şüarı altında Qarabağın baş tacı olan Şuşamızı düşməndən geri aldı və çox fəxrlə: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” – bəyan etdi.
Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar. Ermənilərin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başlayıblar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi – Şuşa yolunu nəzarətə götürüblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan xüsusi təyinatlılarımız tanksız–topsuz iki gün döyüşmüş, noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri ölüm yağışı altında əlbəyaxa döyüşən xüsusi təyinatlıların köməyinə çatmışlar. Onların üstündə tapança, əl qumbaraları və bıçaqlar vardı. Amma ən böyük silahları Vətən təşnəsi, yurd sevgisi, bir də kamuflyajın sol döş cibindəki Azərbaycan Bayrağı idi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
Azərbaycan xalqı nə bu qədər sevinmiş, qürur hissi keçirmiş, nə də bayrağına bu qədər sevgi ilə sarılmışdı. Bəli, Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. İndi torpağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu da sevinir. Qisasınız alındı! Qarabağ Azərbaycandır!
Üstündən 6 il keçib... Amma o günün sevinci, şəhidlərimizin müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. 6 il ərzində Zəfər ruhu bizi bir amal ətrafında birləşdirdi, yenidən qurulan Qarabağ torpaqlarında həyatın nəbzini bərpa etdi, gələcəyə inamı möhkəmləndirdi.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri uğurla aparılır. İlk növbədə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində artıq şuşalılar doğma şəhərlərinə qayıdırlar. Dövlət başçımızın dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Qalib xalqın qüdrətli dövləti
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu
"44 gün ərzində qardaş türk xalqı yanımızda idi" - İlham Əliyev
Prezidentlər Şuşada çıxış edirlər - CANLI
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Prezidentlərin ailə FOTOSU
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Prezidentdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı PAYLAŞIM
Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Mehriban Əliyeva Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edib
Həmişə birgə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
Ərdoğan Azərbaycana gəlib
Prezident: Bu gözəl bayramı qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçiririk
Zəfər Günü fləş-mobu
Prezident İlham Əliyev:Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub
Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb