Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “Tullantıların düzgün idarə edilməsi: çeşidləmə, təkrar emal və dövri iqtisadiyyat” mövzusunda növbəti görüş təşkil olunub.
Görüş zamanı “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarlı Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirin əsas məqsədi gənclərin tullantıların düzgün idarə olunması və təkrar emalının əhəmiyyəti barədə biliklərini artırmaq, dövri iqtisadiyyat prinsiplərini təşviq etmək və təbii resurslardan səmərəli istifadəyə dair məsuliyyətli yanaşmanı formalaşdırmaqdır.
Təlimin ikinci hissəsində “Tullantı deyil, resurs: gələcəyin idarə edilməsi” adlı qrup işi təşkil olunub. İştirakçılar ekoloji problemlərin həllinə yönəlmiş innovativ yanaşmalar barədə fikir mübadiləsi aparıblar.