lider-media.az

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Baxış: 1250 Tarix: 31-07-2026, 09:29

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi.Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi