İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O deyib ki, festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.
Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib: “Çox sevinirəm ki, festival illərdir davamlı şəkildə təşkil olunur və artıq gözəl bir ənənəyə çevrilib. Festival xüsusilə gənc musiqiçilər üçün mühüm təcrübə və inkişaf platformasıdır. Onlar burada peşəkar təcrübə qazanır, öz istedadlarını nümayiş etdirmək imkanı əldə edir və beynəlxalq musiqi mühitinin bir parçasına çevrilirlər”, - deyə o əlavə edib.
Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına əvvəlki illərdə də qatılsa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri ilə ilk dəfədir çıxış edir.
“Bu festivalda ilk dəfə öz orkestrimlə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Bu gün nümayiş etdirdiyimiz proqramın arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır”, - deyə Xalq artisti vurğulayıb.
Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev isə bu festivalda ikinci dəfə iştirak etdiyini bildirərək deyib: “Bu musiqi festivalında təşkil olunan konsertlər yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Belə bir tədbirdə yer almaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Düşünürəm ki, belə festivallar klassik musiqiyə və ümumilikdə incəsənətə marağın artmasına mühüm töhfə verir”.
Violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Vaqif Qurbanov isə bildirib ki, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin bu festivalda çıxış etməsi onlar üçün böyük qürur və sevincdir. O qeyd edib: “Tələbə Simfonik Orkestri mütəmadi olaraq müxtəlif tədbir və festivallarda iştirak edir. Gənclərin klassik musiqiyə və ifaçılıq sənətinə marağı, sevgisi olduqca böyükdür. Belə festivallar isə bu marağın daha da artmasına və gənc istedadların özlərini göstərmələrinə geniş imkan yaradır”.
Avqustun 3-dək davam edəcək festivalda Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar da iştirak edəcəklər.
“GabalaFest” çərçivəsində “Mədəniyyətlərin qovşağı” adlı ilk beynəlxalq incəsənət sərgisi keçirilib.
Sərgi Azərbaycan, Çin, Almaniya, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Türkiyə, Türkmənistan, Birləşmiş Krallıq və Özbəkistandan 30-dan çox tanınmış incəsənət ustasını bir araya gətirir. Layihə rəssamlıq, heykəltaraşlıq və fotoqrafiya vasitəsilə mədəniyyətlər, ənənələr və nəsillər arasında bədii dialoqu təşviq edir.
Təbiət - sərginin əsas mövzularından biri Leyla Əliyevanın qara-ağ kompozisiyalarında diqqəti cəlb edir. Bu əsərlərdə qanadları eskizə bənzər motivlərlə işlənmiş nəfis arılar naxışlı yarpaqlar üzərində təsvir olunub. Yüksək dekorativliyi və zəngin ornamentləri ilə seçilən bu kompozisiyalar təbiətin gözəlliyini və kövrəkliyini poetik şəkildə əks etdirir.
Leyla Əliyevanın bədii dilindən ilham alan “Xromatik rezonans” instalyasiyasında ziyarətçilər böyükmiqyaslı birgə sənət əsərinin yaradılmasında iştirak edəcəklər.
Bədii proqram çərçivəsində Birləşmiş Krallıq, Azərbaycan, Özbəkistan və Rusiyadan olan beynəlxalq səviyyədə tanınmış sənətkarların rəhbərliyi ilə silsilə ustad dərsləri keçiriləcək.





Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının açılışı olub
Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib
“Qayıt İş 2” layihəsi çərçivəsində çağrı mərkəzi operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlimlərə başlanılıb
“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti görüş keçirilib
Hökməli-Qobu-Güzdək avtomobil yolunda təmir işləri davam etdirilir
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Cəbrayılda vətəndaşlarla görüşüb
Bakıdakı növbəti yarmarka
Oktyabrın 29-da gözlənilən hava şəraiti
9 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 697 milyon manat çox olmaqla 7 milyard 871 milyon manat ödənilib
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə
Prezident İlham Əliyev:"Korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
"Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır" - Baş prokuror
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına
İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb
Metro tarixinin 28 oktyabr hadisəsi
Vətən müharibəsinin 32-ci günü: Zəfərin yeni müjdələri və Bərdənin qanlı sınağı
2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -