lider-media.az

Səfir Birol Akgün Mərdəkandakı Türk şəhid məzarını ziyarət edib

Baxış: 1 508 Tarix: 10-06-2026, 22:13




Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub.

Qeyd edək ki,  131 əvvəl böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin inşa etdirdiyi məktəbin binası 1918-ci ildə Azərbaycan və Türk (Osmanlı) hərbçilərinin Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunması zamanı hərbi hospital kimi fəaliyyət göstərib.

Səfir Birol Akgün məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib. Məktəbin Qarabağ müharibəsində həlak olmuş məzunlarının xatirə lövhəsi də ziyarət olunub. Azərbaycanın istiqlalı, suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinə dua oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Məktəbin rəhbərliyi qonağa tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib.

Birol Akgün 156 nömrəli orta məktəbdə dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənliyə də qatılıb.

Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı diplomatik nümayəndələri də iştirak ediblər.

Şənlik çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tematik guşələrinə baxış keçirilib. Şagirdlərin ifalarında türk xalqlarının mahnı və rəqsləri təqdim olunub.

Səfir Birol Akgün və digər qonaqlar məktəbin müəllim və şagird heyətinə Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verilən töhfələrə görə təşəkkür ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi