Laçın şəhərində növbəti iri yaşayış layihəsinin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək “Yeni Yaşayış Məhəlləsi” həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.
Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib. Burada yalnız yaşayış binalarının deyil, sakinlərin rahatlığı və sosial rifahı üçün zəruri olan ictimai məkanların da yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində idman meydançaları, uşaq oyun sahələri, söhbətgahlar, yaşıllıq zolaqları və istirahət məkanları salınacaq.
Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.
Mənzil fondu müxtəlif ailə tərkiblərinin ehtiyacları nəzərə alınaraq formalaşdırılıb. Layihədə 57 ədəd birotaqlı, 122 ədəd ikiotaqlı, 98 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı və 19 ədəd beşotaqlı mənzilin tikilməsi nəzərdə tutulur.
Məhəllənin mühüm üstünlüklərindən biri də yaşayış və iqtisadi fəaliyyət imkanlarının bir arada yaradılmasıdır. Belə ki, çoxmənzilli binaların zirzəmi hissələri avtomobil dayanacağı kimi layihələndirilib. Eyni zamanda 10 yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış və ticarət sahələri nəzərdə tutulub. Bundan əlavə, ayrıca fərdi ticarət obyekti də inşa ediləcək.
Ümumilikdə 3500 kvadratmetr sahənin ticarət və xidmət obyektləri üçün ayrılması gələcəkdə yeni biznes təşəbbüslərinin formalaşmasına, xidmət sektorunun genişlənməsinə və əlavə məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq.
Layihənin sosial-iqtisadi əhəmiyyətini artıran əsas məqamlardan biri isə tikinti prosesində yerli sakinlərin məşğulluğuna üstünlük verilməsidir. Satınalma şərtlərinə uyğun olaraq qalib podratçı şirkətə tikinti işləri zamanı yerli əmək resurslarından istifadə etməsi tövsiyə olunub. Bu yanaşma layihənin yalnız tikinti infrastrukturu ilə məhdudlaşmadığını, eyni zamanda bölgədə iqtisadi aktivliyin yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etdiyini göstərir.
Layihənin icrası tikinti sektorunda çalışan peşə sahibləri üçün yeni əmək imkanları yaradacaq, gələcəkdə fəaliyyət göstərəcək ticarət və xidmət obyektləri isə daimi məşğulluğun formalaşmasına töhfə verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan “Yeni Yaşayış Məhəlləsi” şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Aqrar sahədə maarifləndirici tədbirlər davam etdirilir
Aşqabadda üçtərəfli görüş: Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva...
Təbiəti qorumaq kiçik addımlardan başlayır!
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Ağacəkmə aksiyası keçirilib
Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma günü ilə bağlı maarifləndirici tədbir keçirilib
Vətən müharibəsinin iyirmi dördüncü günü: Zəngilanın azadlığı ilə tarixə yazılan gün
“DİM Dialoqu” təşəbbüsü çərçivəsində xüsusi sessiya keçirilib
Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində
Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində
Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
Qafarova qırğız vəzifədaşı ilə görüşdü
Teymur Musayev Anar Bayramovu kollektivə təqdim edib
Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər