Bəşər tarixi zaman-zaman insanlığın üzərinə qara kölgə salan faciələrlə sınağa çəkilib. Lakin elə yaralar var ki, onlar təkcə bir xalqın deyil, bütün insanlığın vicdanında açılmış qanlı izdir. 1992-ci ilin 26 fevral gecəsi Xocalı şəhərində baş verən soyqırımı məhz belə bir faciədir. Bu, təkcə bir şəhərin işğalı deyildi – bu, mülki insanlara qarşı həyata keçirilmiş amansız qətliam, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlıq əleyhinə törədilmiş ağır cinayət idi.
Faciə zamanı şəhər mühasirəyə alınmış, dinc əhali şaxtalı fevral gecəsində çıxış yolu axtararkən xüsusi qəddarlıqla atəşə tutulmuşdur. Beynəlxalq təşkilatların və xarici jurnalistlərin hadisə yerindən hazırladıqları reportajlar insanlığa qarşı törədilmiş vəhşiliyin miqyasını açıq şəkildə ortaya qoymuşdur. Mülki əhaliyə qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar faktları bu hadisənin mahiyyətini – soyqırımı aktı olduğunu təsdiqləyir.
Xocalı soyqırımı Azərbaycan dövlətinin və xalqının yaddaşında əbədi həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyev bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilməsinə nail olmuş, 1994-cü ildə Milli Məclis tərəfindən 26 fevralın “Xocalı Soyqırımı Günü” elan edilməsi haqqında qərar qəbul edilmişdir. Bu, tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım idi.
30 illik ağrıya son qoyularaq mənfur düşmənin cavabı layiqincə verildi. 2020-ci ildə qazanılan Böyük Zəfər illərlə ürəklərdə daşınan ağrının cavabı oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 günlük Vətən müharibəsi zamanı Xocalının bir neçə kəndinin düşməndən azad edilməsi ilə başlayan qəhrəmanlıq salnaməsi 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb. Buna baxmayaraq, Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında öz mübarizəmizi yorulmadan davam etdirməliyik.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin, eləcə də Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqq-ədalətə çağırışın nəticəsidir.
“…Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”. Bu fikirləri 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Bəli, bu gün azad Xocalıda başlanan firavan həyat tarixin ən təsirli cavabıdır. Xocalı torpağında artıq mərmi səsləri deyil, quruculuq işlərinin ahəngi eşidilir, üçrəngli bayrağımız dalğalanır. Bu gün fəxarətlə deyə bilərik ki, Xocalı işğaldan azad olunmuş digər ərazilərimiz kimi əzəmətli tikinti meydanını xatırladır. Bir vaxt bu torpaqlarda böyük soyqırımı acısını yaşamış xocalılıları “tökülən qanınızın qisası alındı” – deyib, yenidən ən gözəl görkəmində qarşılayır sanki Xocalı. Bir zamanlar məhv olan arzular, ümidlər indi çiçək açıb. Bu şəhərin əzəli sakinləri yenidən evlərinin işıqlarını yandırırlar. Hər qayıdan ailə, hər tikilən məktəb, hər yanan işıq bir həqiqəti bəyan edir: Azərbaycan xalqı sınmadı, əyilmədi və öz tarixi ədalətini bərpa etdi.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə qatar reysləri müvəqqəti dayandırılacaq
Azərbaycan-Slovakiya arasında əməkdaşlıq yeni perspektivlər qazanır
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri
Bakı Şəhər Prokurorluğunda müşavirə
Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb
Ağdamın Baharlı qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib
Ölkəmizin xarici ticarət əlaqələri
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
İyulun 17-də gözlənilən hava şəraiti
İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
"Prezident Şuşa Forumunda şəffaflıq və strateji kommunikasiya nümayiş etdirdi"
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Yanvar-iyun aylarında əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması