Zəfər Günümüzün davamı olaraq Dövlət Bayrağı Gününü böyük qürurla qeyd edirik. Beş il bundan öncə Dövlət Bayrağı Günündə, noyabrın 9-dan 10-a keçən gecə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə ərazi bütövlüyümüzün bərpa edilməsinin sevincini yaşadıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Dövlət Bayrağı Günündən bir gün əvvəl, 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırdı. Qələbəmizə şahidlik edən Azərbaycan Bayrağı 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günündə azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.
Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız sevincli günlərimizin bələdçisi, Zəfərlərimizin müjdəçisidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri də Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Son beş ilin reallıqları dövlət başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda səsləndirdiyi bu fikirləri yada salmağı bir tələbə çevirir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.” Çünki həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirilmişdi.
Məhz bu bayraqlar hərbçilərimizi daha da irəli apardı, tariximizə Zəfər səhifəsini yazmalarına stimul oldu. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında 44 günlük İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda ucaldılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandan böyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.
Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 9 noyabr Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib, iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyev bu mühüm addımı beə səciyyələndirmişdir ki, 1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli Bayrağını qaldırdıq.
Millət vəkili bildirib ki, hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına üçrəngli Bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Dövlət Bayrağımız Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncamını da xüsusi qeyd edib. Bildirib ki, bu Sərəncam Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirildi. Dövlət Bayrağının təntənəli açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir.
Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim Bayrağımız qürur mənbəyimizdir. Bizim Bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır.
Tarixi Zəfərimizdən öncə bütün bayramlarda səsləndirilən ən böyük arzu, istək Qarabağımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Son beş ildə bayramlarımız böyük sevinc və qürur hissi ilə qeyd edilməklə yanaşı, arzularımız, hədəflərimiz də dəyişib. Artıq azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən, soydaşlarımızın Böyük Qayıdışından bəhs edirik.
Hər bir uğurumuza şahidlik edən üçrəngli Bayrağımızın altında sıx birləşən bütün dünya azərbaycanlıları bu hədəfin yüksək səviyyədə reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Artıq azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının şahidliyi ilə keçirilən iqtisadi, siyasi, humanitar, beynəlxalq tədbirlər Qələbəmizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqların dünyaya təqdimatıdır. Bu torpaqların sahibi kimi qurub-yaradır, Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çeviririk.
Milli Məclisin deputatı vurğulayıb ki, Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılıb və 2010-cu il noyabrın 9-da onun açılışı oldu. Muzeyin fəaliyyəti dövründə burada Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilir və gələn qonaqlara ətraflı məlumatlar verilir. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən eksponatlar nümayiş etdirilir.
Bayraq Meydanı 2024-cü ilin noyabrın 8-də yenidən açıldı və Prezident İlham Əliyev Azərbaycan Bayrağını qaldırdı. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur.
Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi Qələbəyə həsr edilən videolar nümayiş olunur. Atılan hər bir addım hər birimizin qürur duyduğumuz güclü, qüdrətli, müasir, müstəqil, qalib Azərbaycanın təqdimatına, siyasi mövqeyinin daha da möhkəmlənməsinə, həqiqətlərimizin təbliğinə xidmət edir.
Vüqar Rəhimzadə bildirib ki, müstəqil, nüfuzlu, qüdrətli Azərbaycan dövləti dünya birliyində özünə layiqli yer tutub. Azərbaycanın Dövlət Bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır.
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əyani təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikirlərinin davamı olaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir.
Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərimizin başlanğıcı oldu
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub
Ərdoğan ABŞ-İran sazişini mühüm hadisə kimi qiymətləndirib
15 İyun – Tarixin xilasa çevrildiyi gün
Azərbaycan nümayəndə heyəti Bonn iqlim sessiyasında iştirak edib
Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Vətənə bağlanan ömür
Müdafiə Nazirliyi həftəlik fəaliyyət icmalını təqdim edib
Azərbaycan–Şimali Kipr arasında çarter uçuşların başlanması gözlənilir
Агамали Мамедов: Комната ожидания
Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı